Loading...
Loading...

Dollar yenidən kəskin bahalaşa bilər – Növbəti devalvasiya xəbərdarlığı

Martın 11-dən mayın 31-ə kimi keçən 2 ay 20 gündə dollar manat qarşılığında 10 faiz dəyər itirib.

ANS PRESS-in məlumatına görə, əgər martın 11-də dolların rəsmi məzənnəsi 1 manat 65,56 qəpik olubsa, mayın 31-də 1 manat 49,06 qəpiyə düşüb.

Bu, manatın rəsmi möhkəmlənməsidir, real möhkəmlənmə isə daha yüksək olub. Həmin günlərdə Bakıda dolları bəzi hallardda hətta 1 manat 90 qəpiyə satırlılar. Buna görə də manatın real möhkəmlənməsinin 22%-dən çox olmasını düşünmək olar.

Beləliklə, 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində 99%-ə qədər dəyər itirmiş manat üç aydan az müddətdə itirdiyi mövqelərin 25%-inə qədərini geri qaytarıb.

Son üç ayda dolların manata görə məzənnəsinin dəyişməsi

Son üç ayda dolların manata görə məzənnəsinin dəyişməsi

Keçmiş maliyyə naziri, professor Fikrət Yüsifov ANS PRESS-ə müsahibəsində bunu ötən il baş vermiş iki devalvasiyadan sonra əhalidə yaranmış panikanın sona çatması ilə izah edib:

“Xüsusilə də ikinci devalvasiyadan sonra bu panik ajiotaj gücləndi. Ntiəcədə, dünyanın heç bir ölkəsində baş verməmiş vəziyyətlə üz-üzə qaldıq. Əhali evindəki pulu, hətta aldığı maaşı dollara çevirib gözləmə mövqeyi tutmağa başladı. Bu məsələdə xüsusi qüvvələr tərəfindən idarə olunan KİV-lərin də rolu az olmadı. Biz nə qədər dediksə, manat güclüdür, on milyardlarla dollar ehtiyatmız var, xeyri olmadı”.

Fikrət Yusifovun sözlərinə görə, indi əks proses gedir: «Əhali cari xərclərini ödəmək üçün dollar xırdalmağa başlayıb. Eyni addımı banklar, təşkilatlar və biznes qurumları da atır. Nəticədə, bazarda manata tələb artır».

Sabiq maliyyə nazirinin fikrincə, manatın dəyərinin möhkəmlənməsində dünya bazarında neftin qiymətinin bahalaşmasının da rolu olub: «Bu sirr deyil ki, Azərbaycan iqtisadiyyatının 75%-i neftlə bağlıdır. Dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürülub. Artıq beşinci aydır ki, neft bahalaşır və Azərbaycan neftinin bir barreli 50 dollardan baha səviyyəyə qalxıb. Hazırda Brent neftinin barreli dünya bazarlarında 49,5 dollara qalxıbdır. Bunun nəticəsidir ki, artıq Mərkəzi Bank dollar satmağı dayandırıb və qismən dollar alıb».

Son 1 ildə Brent neftinin qiymətinin dəyişməsi (dollar/barrel)

Son 1 ildə Brent neftinin qiymətinin dəyişməsi (dollar/barrel)

Professorun fikrincə, manata olan inamın artması da vəziyyətə təsir göstərib və bu məsələdə dövlət tərəfindən əmanətlərin sığortalanması istiqamətində görülən işlərin də rolu böyük olub. Fikrət Yusifov iqtisadiyyatın şaxələndirilməsi, real sektorun inkişafı istiqamətində görülən işlər də manata inamı artırıb.

Lakin onun fikrincə, manatın müşahidə olunan möhkəmlənməsinin bundan sonra davam edəcəyinə inam azdır: “Mən düşünürəm ki, manat öz həqiqi qiymətini alıb. Yəni onun bundan sonra da möhkəmlənməsinə inam azdır. Amma  manat idarəolunan üzən məzənnə ilə tənzimləndiyindən onun 5-10% bahalaşıb – ucuzlaşacağı mümkündür. Bunun isə elə ciddi təsiri olmayacaq».

Əslində, manatın məzənnəsinin bu cür nisbi sabit üzən rejimdə dəyişməsi Azərbaycan iqtisadiyyatın sərmayə qoyulması baxımından çox əlverişlidir. Hər halda, manatın məzənnəsi sabitə yaxın aralıqda dəyşiməzsə, iqtisadiyyatın neftdənkənar bölməsinə sərmayə yatırılması qeyri-mümkün görünür. Xarici sərmayəçi qoyduğu sərmayəni mal ixracatı və daxili bazardakı satışlar vsitəsi ilə geri qaytarmağa çalışmalıdır. Manatın böyük ölçüdə devalvasiyası xarici sərmayəni çəkindirən amillərdəndir.

1994-cü ildən sonra Azərbaycan iqtisadiyyatında yaradılmış məzənnə sabitliyi kiçik biznesə çox sayda xarici sərmayəçinin, xüsusilə də minə yaxın türk əsnafının gəlməsinə səbəb oldu. Onlar Azərbaycanda on minlərlə yeni iş yeri yaratdılar, xidmət sektorunda onların yaratdığı iş yerlərini bu gün Azərbaycan vətəndaşları uğurla işlədirlər. İndi Azərbaycanda xalq istehlak mallarının istehsalı, xüsusilə də ərzaqın emalı üzrə orta müəssislərin yaranmasına böyük ehtiyac var. Manatın bu dəfəki uzun müddətli sabitliyi Azərbaycan əyalətlərində orta ödçülü müəssisələrin yaradılmasına böyük dəstək verə bilər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Bakıda bağ evlərinin kirayə qiymətləri – AYI 12 MİN MANATA

%d bloqqer bunu bəyənir: