Advertisements
24 saat

Dollar yenə bahalaşdı – RƏSMİ MƏZƏNNƏ


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 28 ilə müqayisədə 0,29% bahalaşaraq 1,7246 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8331 manatdan 1,8278 manata düşüb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0266 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5022 manatdan 0,5046 manatadək bahalaşıb.
Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1509 manatdan 2,1383 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6858 manatdan 0,6830 manatadək azalıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: