Now Reading:
Dollar sürətlə bahalaşmağa başladı
Full Article 40 second read

Dollar sürətlə bahalaşmağa başladı



“Komitəsinin üzlərinin əksəriyyəti bildiriblər ki, statistik məlumatlar II rübdə iqtisadi artımın sürətlənəcəyini, əmək bazarında vəziyyətin yaxşılaşacağını və inflyasiya həddinin 2%-lik hədəfi aşacağına işarə edəcəyi təqdirdə federal kredit vəsaitləri üzrə faiz dərəcələrinin artırılması ağlabatan olacaq”, – deyə protokolda qeyd olunub.

APA-nin məlumatına görə, bununla yanaşı, protokolda qeyd olunub ki, FES-in rəhbərliyində təmsil olunan bəzi şəxslər iyunadək statistik göstəricilərin iqtisadiyyatda ümumi tendensiyalarla bağlı nəticə çıxarmağa imkan verməyəcəyindən ehtiyatlandıqlarını deyiblər.

Yeri gəlmişkən, bazar iştirakçılarının 32%-i ABŞ-da faiz dərəcələrinin artırılacağı ehtimalının olduğunu deyir. Mayın 16-da bu göstərici 4% təşkil edirdisə, protokollar açıqlanana qədər bu ehtimal 16%-dək yüksəlib.

Xatırladaq ki, komitənin növbəti iclası iyunun 14-15-də keçiriləcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: