Now Reading:
Dollar sabit qaldı, avro və funt sterlinq isə ucuzlaşdı
Full Article 30 second read

Dollar sabit qaldı, avro və funt sterlinq isə ucuzlaşdı



Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 7-nə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 6-ı ilə müqayisədə dəyişməyərək 1,6036 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,7956 manatdan 1,7827 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 6-ı ilə müqayisədə  0,0257 manatdan 0,0258 manata qalxıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5248 manatdan 0,5256 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0396 manatdan 1,9943 manatadək ucuzlaşıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: