Dollar sabit qaldı, avro və funt sterlinq isə ucuzlaşdı


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 11-ə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Moderator.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 10-u ilə müqayisədə dəyişməyərək 1,6006 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,7914 manatdan 1,7822 manata düşüb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 10-u ilə müqayisədə 0,0257 manatdan 0,0258 manata qalxıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5252 manatdan 0,5205 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9862 manatdan 1,9723 manatadək ucuzlaşıb.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

«Sıradan bir sahibkarın ölkədən milyonlar çıxarması mümkün deyil» – ekspert

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: