Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dollar qıtlığı turistləri də çətin vəziyyətə salıb – VİDEO

Banklar və valyutadəyişmə məntəqələrinin dollar və avronun satışı ilə bağlı məhdudiyyətləri ölkəmizə gələn turistləri çətin vəziyyətə salıb. Belə ki, ölkəsinə qayıdan turist əlində qalan manatı xarici valyutaya dəyişə bilmir.

Bu isə ilk növbədə ölkənin turizm imicinə mənfi təsir göstərir. Bu problemlə qarşılaşan turist çətin ki, növbəti dəfə yenidən ölkəmizə qayıdmaq istəsin. Problemin həlli üçün ekspertlərin müəyyən təklifləri var. Bu, məhz valyuta mübadiləsində turistlərə bir sıra imtiyazları nəzərdə tutur. İlk olaraq banklar və valyuta dəyişmə məntəqələrində əməliyyat aparılarkən ətraflı qeydiyyatın aparılması zəruridir.
Təklif edilir ki, qeydiyyatdan sonra həmin məntəqələr tərəfindən turistlərə müəyyən sənəd verilsin. Sənədin verilməsində məqsəd həmin şəxsin məhz turist olduğunu təsbit etməkdir.
Sistemin işə salınması ilə yanaşı aidiyyatı dövlət qurumları tərəfindən xüsusi nəzarət edilməlidir.
“Xəzər Xəbər”

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rövnəq Abdullayevin oğlu klub rəhbəri seçildi

%d bloqqer bunu bəyənir: