Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dollar2

Dollar kritik həddə bahalaşdı – Növbəti devalvasiya olacaqmı?

Hökumət dilemma qarşısında

Bu gün Azərbaycanda dolların məzənnəsi növbəti dəfə tarixi rekodu yeniləyib. Mərkəzi Bankın açıqlamasına görə noyabrın 4-nə 1 dollar 1.6596 səviyyəsində müəyyən olunub.

24saat.org-a daxil olan məlumata görə, artıq hökumətdə növbəti devalvasiya ilə bağlı müzakirələr başlayıb. Hələlik yekun qərar olmasa da, maliyyə bosları devalvasiyanın zərurətə çevrildiyini bildiriblər. İddia olunur ki, növbəti dəfə də 30-35 faizlik devalvasiyaya gedilməsi təklif olunur. Lakin hökumət sosial-iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda bunun ölkədə dollar ajiotajına və bahalşmaya səbəb olacağından, bu halda isə sosial partlayışların baş verəcətindən ehtiyatlanır. Məlumatda bildirilir ki, devalvasiyadansa idxalı bir qədər də məhdudlaşdırılması təklifini də irəli sürənlər var. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Çünki idxalın məhdudlaşdırılması qıtlığa səbəb olacaq. Bu da bahalaşdırmanı şərtləndirəcək və nəticədə hökumətin ehtiyatlandığı sosial partlayışa zəmin yaranacaq.

Ekspertlər bildirir ki, hökumət hələ də xaricdən borc ala və ölkəyə investorlar cəlb edə biləcəyinə ümidini itirməyib. Doğrudur, bunun üçün hökumətdən ciddi siyasi və iqtisadi islahatlar tələb olunur. Amma iqtidarda düşünürlər ki, müəyyən imitasiya xarakterli addımlarla müvəqqəti də olsa vəziyyətdən çıxa bilərlər. “Hökumətdə belə bir ümid var. Amma vaxt da hökumətin əleyhinə işləyir. Hər gün Mərkəzi Bankın valyuta ehtiyatları əriyir. Artiq vəziyyət kritik həddə çatıb. Digər tərəfdən sosial vəziyyət ağırlaşır. İdxalın məhdudlaşdırılması və bəzi məhsullara idxal rüsumlarının artıtırlması da günbəgün bahalaşmaya səbəb olur. Hökumət hazırda dilemma qarşısındadı. Amma devalvasiya tərəfdarları çoxluq təşkil edir. Bu baxımdan ayın sonuna yaxud növbətin ayın əvvəllinə növbəti devalvasiyanın baş verəcəyini ehtimal etmək olar”, – deyə mənbə bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Beyləqan şefinin qardaşı oğlundan növbəti şok fırıldaq – Faktlar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: