Dollar kreditlərinə qoyulan qadağa başa çatdı


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı götürdüyü bildirilir. APA bu xəbəri banklara istinadən yayıb.

Artıq bankların xarici valyutada kreditləri bəzi şərtlərlə verəcəyi gözlənilir. Yaxın vaxtda Palatanın yeni şərtləri ictimaiyyətə detallı şəkildə açıqlayacağı deyilir.

MBNP Direktorlar Şurasının aprelin 4-də keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi. O vaxt bu qərar istehlakçıların hüquqlarının müdafiəsi və maliyyə sabitliyinin təmin olunması məqsədilə tənzimləyici çərçivələrin müəyyən ediləcəyi ilə əsaslandırılırdı.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Neftin qiyməti xeyli yüksəldi

%d bloqqer bunu bəyənir: