Dollar kreditlərinə amnistiya verilməsi təklif edilir


“Parlamentə minlərlə müraciət daxil olur”

“Bankların borc probleminin gələcəyə qalmaması üçün monitorinq aparılmalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən bank forumunda çıxışında bildirib.

“Bankalara inam artırılmalıdır. Partlamentə bununla bağlı minlərlə müraciət daxil olur. İnsanlar çətin vəziyyətə düşüblər. Bu iki qrup arasında ünsiyyət yaratmasaq, çətinliyimiz olacaq. Bir konsensusa gəlməliyik, monitorinq aparılmalıdır – hansı hallarda borcların amnistiyası mümkün ola bilər. Bu problem gələcəyə qalmamalıdır”, – deyə Z.Səmədzadə bildirib.

Millət vəkili həmçinin deyib ki, bankların sağlamlaşdırılması üçün real imkanlar çoxdur: “Bankların rayon şöbələri yaradılmalıdır. Bir bank işçisinin yaradılması kifayət qədər böyük məbləğə başa gəlir. Bunların birdən ixtisar edilməsi məni bir iqtisadçı kimi düşündürür. Onlar haqqında fikirləşmək lazımdır. Bank sektorunu sağlamlaşdırmaq üçün real sektorla sıx əlaqədə olmalıyıq. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti real iqtisadiyyata yönəldilməlidir”.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Kreditlər bağışlanacaq? – EKSPERT DANIŞIR

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: