Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dollar3

Dollar kəskin bahalaşdı – SƏBƏBLƏR

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) prezident seçkilərinə 2 gün qalmış namizəd Hillari Klintonla bağlı araşdırmanı dayandırdıqdan sonra dollar kəskin bahalaşıb.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, FTB açıqlamasında deyilir ki, H.Klinton ABŞ Dövlət Departamentinin rəhbəri olduğu müddət elektron poçtundan şəxsi məqsədləri üçün istifadə etsə də, yazışmalar zaman məxfi məlumatlardan istifadə olunmayıb.

Bu bəyanatdan sonra Asiya birjalarında dolların məzənnəsində yüksəliş qeydə alınıb. Belə ki, dollar Yaponiya yeninə qarşı 1,1% bahalaşaraq 104,30 yenə çatıb. Avro isə 0,7 ucuzlaşaraq 1,1060 dollaradək geriləyib. ABŞ-ın milli valyutası İsveçrə frankına qarşı 1% möhkəmlənib.

İnvestorlar hesab edir ki, H.Klinton rəqibi Donald Trampdan fərqli olaraq, daha proqnozlaşdırılan siyasət yürüdəcək.

“ABŞ-dan gələn xəbərlər Asiyanın səhm bazarında mülayim ralliyə səbəb ola bilər”, – deyə dillerlər bildirir. FTB-nin bəyanatından sonra ABŞ-ın fond indekslərinin fyuçersləri 1%-dən çox artım nümayiş etdirib.

ABŞ-ın xəzinədarlıq istiqrazları üzrə fyuçerslər isə zəifləyib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ərəblər dəhşətli qəzaya düşdü: Ölənlər var

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: