Dollar 9 aylıq maksimuma yaxınlaşır


Dolların məzənnəsi əsas valyutalar səbətinə qarşı 9 aylıq maksimuma yaxınlaşır.

“APA-Economics” xəbər verir ki, eyni zamanda ABŞ-da iqtisadi göstəricilərin və Federal Ehtiyatlar Sisteminin (FED) rəsmilərinin şərhləri ilin sonuna kimi faiz dərəcələrinin artırılması ehtimallarını yüksəldir.

Hal-hazırda dolların indeksi 0,03% zəifləyərək 98,724 səviyyəsinə enib. Bazar ertəsi isə dolların indeksi 3,6% möhkəmlənərək 98,846 səviyyəsinə, yəni maksimuma çatıb.

FED-in Çikaqo üzrə rəhbəri Çarlz Evans 2017-ci ilin sonuna kimi tənzimləyicinin uçot dərəcələrini ən az 3 dəfə artıra biləcəyi ilə bağlı bəyanat verib. Buna səbəb kimi isə o əmək bazarının və inflyasiyanın müsbət dinamikasını qoruyub saxlamasını göstərib.

Hazırda avro 1,0880 dollar səviyyəsinə çatıb ki, bu da 7 aylıq minimum göstəriciyə (1,0859 dollar) yaxındır.

Dollar yapon yeninə qarşı 0,24% möhkəmlənərək 104,42 səviyyəsinə çatıb.

Kanada dolları isə 1,3330 dollar səviyyəsində ticarət olunub. Bu isə 7 aylıq minimumun (1,3398 dollar) yenilənməsi deməkdir.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Manat niyə yenə ucuzlaşır?” –Qubad İbadoğlundan şərh

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: