Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Doğum evində kişini qadın bilib əməliyyat etdilər – BİABIRÇILIQ

“Oturmuşdum dəhlizdə, arvadımın əməliyyatını gözləyirdim. Birdən iki həkim mənə yaxınlaşdı, “Gəlin, növbənizdir” dedilər. Məni bir palataya aparıb çarpayıya uzatdılar. Tibb bacıları məni soyundurmağa başladılar. Elə bildim arvadımın əməliyyatı ilə bağlı prosedurdur, ona görə şübhələnmədim. Sonra huşumu itirdim. Ayılanda gördüm ki…”

24saat.org publika.az-a istinadən xəbər verir ki, Çinin Şenyan vilayətindəki Hunnan şəhərində misli-bərabəri olmayan hadisə yaşanıb. Arvadını doğum evinə aparan və orada ilk övladının dünyaya gəlməsini gözləyən kişini əməliyyat ediblər.

29 yaşlı Van Szin hemorroidal şiş diaqnozu ilə əməliyyata məruz qalıb. Onu səhv əməliyyat ediblər.

Xəstəxana yanlışlığını etiraf edib və mənəvi təzminat qismində Van Szinə 5 min yuan (700 dollar) məbləğində təzminat təklif edir.

“Cənab Vandan üzr istəyirik. Həmin an hemorroidal şişin kəsilməsi ilə bağlı bir pasiyent növbə gözləyirdi. Həkimlərimiz pasiyentləri səhv salıblar”, – xəstəxana rəhbərliyinin açıqlamasında deyilir.
Vanın xanımı isə dünyaya sağlam oğul gətirib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Suriyada Rusiya əsgəri öldürüldü

%d bloqqer bunu bəyənir: