Advertisements
24 saat

Dmitri Puşkov: Avroparlamentin qərarları Ankara ilə Moskvanı yaxınlaşdırır


Avropa Parlamentinin bir gün fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Dmitri Puşkov deyib.

“Avropa Parlamenti Avropa Birliyi üçün önəmli olan iki ölkə ilə bağlı qərarlar qəbul etdi. Bu dargörüşlülüyün nəticəsidir. Moskva və Ankaranın bir-birinə yaxınlaşması üçün bundan daha yaxşı fürsət yoxdur”, – Rusiya rəsmisi qeyd edib.

Xatırladaq ki, srağagün Rusiya KİV-ləri ilə bağlı qətnamə qəbul edən AP dünən Türkiyənin AB üzvlüyü ilə bağlı danışıqları dondurmaq barədə qərar qəbul edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: