Loading...
Loading...

Direktor məktəblini ölümə sürüklədi – 25 manat hazırlıq puluna görə

Mərhum V.Mirzəyevin dayısı Niyaməddin Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bacısı oğlu direktorun həyat yoldaşı İradə müəllimənin hazırlıq kursundan çıxdığı üçün uzun müddət ona təzyiq olunub: “Bacım oğlu Vasif Mirzəyev mayın 11-də səhər saatlarında özünü evin həyətindəki yardımçı tikilidə asıb. Uşaq səhər tezdən durub həyətdə oturubmuş, atası Rafət onu yeməyə çağırsa da, oğlu gəlməyib. Daha sonra səs-küy düşüb ki, Vasif özünü asıb. Rafət gedib görüblər evin arxasında “pres ipi”ni 2 dəfə boynuna dolayıb, özünü öldürüb”.

Mərhumun dayısı N.Mirzəyev iddia edir ki, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllimə işləyən həyat yoldaşı İradə müəllimə səbəb olub: “Vasif sonuncu sınaqlarda 550-630 bal yığırdı. O, direktorun yoldaşının yanına hazırlığa gedirdi. Təxminən 2 ay əvvəl uşaq mənə dedi ki, müəllimə məndən dərs soruşmur, heç nə öyrətmir, onun hazırlığından çıxmaq istəyirəm. Biz də razılaşdıq, onu ordan çıxartdıq. Bu hadisədən sonra direktor da, yoldaşı da Vasiflə zidd düşdü. Müəllimənin dərsində nəsə olub, uşaqlar hamısı gülüşüb, Vasif də gülüb. Hamının içində onu ayağa qaldırıb “sən kimsən, nə gününə gülürsən? Sənə 2 verirəm, gedib gülərsən” deyib. Direktor özü də Vasifə “pozğun” deyib üstünə qışqırıb. Məhz 25 manat hazırlıq puluna görə. Vasifin sinif yoldaşlarına tapşırıb ki, heç biriniz onunla danışmayın, hamısı da elə edirdi. Uşaqlara tapşırırdı, Vasifi onlarla birgə top oynamağa qoymurdular, 7-8 nəfər yığışıb onu döyürdülər. Məktəbə gedəndə bibisioğluna deyirmiş mənim arxamca gəl dərsə girim. Vasif gəlib mənə dedi ki, dayı, məni bu məktəbdən çıxart. Biz rayon Maarif Şöbəsinə ərizə yazdıq. Müdir müavini Asif müəllim dedi ki, bu ili birtəhər yola verin, gələn il dəyişərsiz. Vüsal da dözmədi, özünü öldürdü. İntihar etmədən əvvəl “Votsap”da mesaj yazıb bibisinə göndərib”.

N.Mirzəyev həmin mesajı “Qafqazinfo”ya təqdim edib. Həmin mesajı redaktə ilə təqdim edirik: “Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız…”

Qeyd: Son cümlə beləcə yarımçıq bitir.

Vüsal Mirzəyevin atası Rafət Mirzəyev “Qafqazinfo”ya açıqlamasında deyib ki, o, Bakıda işləyir, buna görə də oğlu intiharından öncə baş verənləri daha çox dayısına və bibisinə danışıb: “Vüsal bütün sirlərini dayısına deyirdi. Mən il ərzində cəmi 1 ay evdə oluram. Amma Vüsalın məktəbdən çıxmaq məsələsində burda idim. Deyirdi ki, bezmişəm bu məktəbdən, məni çıxarın, dayımgilin kəndində, Qamışlıgöldə oxuyacağam. Biz də birlikdə gedib ərizə yazdıq, Vüsal 4-5 gün Qamışlıgölə getdi. Mən ona dedim ki, Seyidbazardakı məktəbdən çıxmaq haqda sənəd al. Çünki Qamışlıgöl kəndindəki məktəbdə adı getmirdi, özü gedirdi. Seyidbazar kəndində məktəbdə adı qalmışdı, qaib yazılırdı. Vüsal məhz o məktəbə də getmək istəmirdi. İntihar edən gün anasına deyib ki, əgər məni ora göndərsəniz, özümü öldürəcəyəm. Biz də dedik ki, bala, dərsindən qalma, get. O da özünü asdı”.

Mərhum Vüsal Mirzəyevin bibisi Vüsalə Yusifova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qardaşı oğlunu tez-tez məktəbdə döyürmüşlər: “Vüsal deyirdi məni təhqir edirlər, sıxışdırırlar, adam içinə çıxmağa qoymurlar. Deyirdi bu məktəbdən bezmişəm. O məktəbdə hamı ona qarşı idi, Vüsal tək qalmışdı”.

“Qafqazinfo” məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Qurumdan bildirib ki, rayon təhsil şöbəsi bu işə aydınlıq gətirəcək.

Cəlilabad Rayon Təhsil Şöbəsindən isə “Qafqazinfo”ya bir cümləlik cavab verilib: “Qeyd etdiyiniz məsələ cinayət hadisəsi olduğundan hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin faktla bağla Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin edilməklə iş üzrə istintaq tədbirləri davam etdirilir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlhamə Quliyevanın oğlunun dostuna 4 il həbs cəzası – HÖKM

%d bloqqer bunu bəyənir: