Advertisements
24 saat

Direktor 10 uşağın faciəvi ölümünə görə – Həbs olundu


Rusiyanın Kareliya düşərgəsində 10-u uşaq olmaqla 11 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı həbslər başlayıb.

Petrozavodsk şəhər məhkəməsi “Park-otel Syamozero” lagerinin direktoru Vadim Vinoqradovu 2 ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə nəticəsində 36 nəfəri xilas etməyi bacarıblar.

Hadisə göldə qəfil başlayan fırtına nəticəsində baş verib. Belə ki, qayıqlar çevrilib və turist qruplarının üzvləri suya tökülüblər. Uşaqlar xilasedici jileti olmadığına görə boğulublar. (Qafqazinfo)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: