Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir

“Facebook” da tanış olub, xanımları aldadıb, fahişəliyə cəlb edən gənc qız ifşa edilib.

BiG.AZ -a bu barədə “Facebook”da fəaliyyət göstərən “Xanımlar akademiyası” qrupunun rəhbəri Əzizə xanım məlumat verib. Əzizə xanım bildirib ki, bu barədə dəfələrlə polisə müraciət etsə də, polisdə istədiyi cavabı almayıb: “Polislər deyir ki, sosial şəbəkədə baş verənlər onların işi deyil”.

Hadisə barədə Əzizə xanım BiG.AZ məlumat verib:

“Xanım özünü Fidan kimi təqdim edirdi. Deməli, Fidan qrupda yazıb ağlayırdı ki, uşağım düşüb, xəstəxanaya qan gətirin… Gah yazırdı ki, subaydır, gah yazırdı ki uşağı olub, ancaq əlindən alıblar. Bu qız kosmetika və alt paltarı satırdı deyə qadınları asanlıqla görüşə çağırırdı. Sonra da aldadıb, kişilərlə tanış edirdi. Onun bu kələklərini aşkar etdim. Sonra da başladı məni şantaj etməyə ki, guya şəkillərimi montaj edib porno saytlarda yayacaq. Sonra Fidan “Facebook”- da qruplar açaraq qızları oraya toplayıb arxamca xoşagəlməz fikirlər səsləndirib. O qız Facebookda başqa qızları da aldadırdı. Onları görüşə çağırıb, başqa oğlanlarla görüşdürürdü. Qızın əsl adı heç Fidan da deyil. Polisə müraciət edəndə, onu tapıb çağırdılar. Bir oğlan ilə gəlmişdi. Sosial şəbəkədəki yazışmalarımızın üzünü köçürdüm və həmin oğlana təqdim etdim. Oğlan Fidanı bir az danlayıb polis idarəsindən evə apardı. İndi məni hədələyirlər, heç uşaqlarımla da bir evdə qala bilmirəm. Qorxuram onlara xətər yetirərlər. Görəsən mən nə edim. Polis mənə onun nə adını dedi, nə də ki, ünvanını … Amma o qıza mənim ünvanım bəllidir və o evimin yerini belə tanıyır. Düzdür mənim yaşadığım ərazinin polis bölməsi o qızı tapıb mənə şans yaratdı ki, onunla üzbəüz oturub danışam. Amma dedilər ki, qanunvericilikdə sosial şəbəkələrdə ki hallara cavabdehlik yoxdur”.

DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir
DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir
DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir
DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir
DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir

Məsələ ilə bağlı hüquqşünas Vüqar Səfərli ilə əlaqə saxladıq:

DİQQƏTLİ OLUN! Bu qız sosial şəbəkədə tanış olub, fahişəliyə cəlb edir

Sosial şəbəkələrdə xanımlarla münasibət yaratdıqdan sonra onları aldadaraq kişilərlə görüşdürən daha sonra şantaj edən qadının hərəkətləri birmənalı olaraq cinayət tərkiblidir. Belə ki: Həmin qadın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü maddəsinə görə 1 ildən 3 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Əməldə insan alverinin motivləri varsa bu şəxsiyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər qrupuna aiddir. Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə görə insan alveri yəni, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə qorxu və ya digər məcburetmə vasitələri ilə, aldatma yolu ilə təsir imkanlarından və ya zəifliyindən istifadə etməklə, şəxsin istismar edilməsi məqsədilə cəlb edilməsi 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Aldadılan xanım əgər poıisə müraciət edibsə və müraciətinə baxılmayıbsa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəməyə və ərazi üzrə prokrorluğa şikayət etmək hüququ var. Aldadılan xanımım həmçinin Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət etmək hüququ var. Qeyd olunan idarə yaranmış problemi araşdırıb, soial şəbəkələrdə xanımları aldatmaq yolu ilə faişəliyə cəlb edən qadın barəsində yuxarıda vurğuladığm müvafiq cəza tədbirlərinin görülməsi barədə addımlar atacaqdır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İnsanlar falçılara niyə inanır? – Video

%d bloqqer bunu bəyənir: