Loading...
Loading...
MTU3ZjJiYmZhYWRmNjM.jpg

DİQQƏTLİ OLUN: “Azercell”in müdhiş fırıldağının üstü açıldı – Faktlar

“Azercell” abunəçisi olan Elnur Abdullazadə mobil operator şirkətini ifşa edib.

Abunəçi şirkətin fırıldağının üstünü açıb.

Onun sözlərinə görə, bu cür ləyaqətsiz fırıldaqçılıq rəzillikdir: “Azercell nə biznes, nə də şəxsi ləyaqətə sığmayan bu rəzilliyi 5-3 qəpiyə görə necə özünə sığışdıra bilir?!… Deməli, bir neçə gün əvvəl balansımdan gün ərzində bir neçə dəfə məbləğ çıxıldığını hiss etdim.

Azercell ilə əlaqə saxladım, “siz hansısa Azercell ilə işləyən üçüncü şirkətin tarifinə qoşulmusuz və biz buna görə məsuliyyət daşımırıq” dedi. Operatora izah etdim ki, milləti axmaq yerinə qoymasın, mən heç bir tarifə qoşulmadığıma əminəm və bir başa buna görə Azercell məsuliyyət daşıyır.

Mənə “Digital Service” adlı bir (fırıldaqçı) şirkətlə əlaqə saxlamalı olduğumu dedilər. Həmin şirkətə zəng etdim, mənə 10 sentyabr tarixində 7026 nömrəsinə ENDİRİM yazıb göndərməklə onların tarifinə abunə olduğumu və istəmirsizsə sizi xidmətdən çıxaraq dedilər. Deməli, bunlar kimki hiss etmir, onu soymağa davam edirlər, kimki hiss edir, gəlin sizi xidmətdən çıxaraq deyirlər”.

E.Abdullazadə bildirir ki, israrla belə bir nömrəyə heç bir mesaj atmadığını deyib: “Azercell müştəri xidmətlərinə yaxınlaşıb ödəniş edib çıxarış aldım və həmin tarixdə məndən 7026 nömrəsinə mesaj göndərildiyini gördüm. Bu uzaq tarix deyil ki, göndərim yadımdan çıxsın, cəmi 2 həftə əvvəldir.

Bu hansısa instant pəncərə deyil ki, əlim toxunsun bilməyim. Mənim qədər bu mövzularda həssas insan necə ola bilər ki, mesaj qutusuna girib ENDİRİM sözünü yazım 7026 nömrəsinə göndərim.

Lakin bu nə mənim yadımda qalsın, nə də göndərilənlər mesaj qutusuna düşsün. Azercell’dən aldığım çıxarışda görünür ki, guya 10 sentyabrda mən 7026 nömrəsinə mesaj göndərmişəm”.

Şikayətçi hesab edir ki, Azercell öz müştərilərinin nömrə bazasını hansısa üçüncü fırıldaqçı şirkətə verir: “Daha da qorxuncu bizim adımızdan onların nömrəsinə bizdən xəbərsiz və icazəsiz abunə mesajı göndərir.

Halbuki, bu bizim mesaj qutumuzda görünmür, lakin Azercell’dən çıxarış aldıqda orada görünür, nəticədə isə biz hansısa fırıldaqçı ödənişli xidmətə Azercell’in birbaşa əli ilə xəbərsiz abunə oluruq.

Belə çıxır ki, Azercell istənilən an bizim adımızdan, bizdən xəbərsiz istənilən şəxsə və ya quruma mesaj göndərə bilər və buna görə biz məsuliyyət altında qalarıq”.

Şirkətin mövqeyini dərc etməyə hazırıq. / politika.az

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ehtiyatlı olun! "Facebook"da yeni virus yayılıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: