Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dini kəsimi birləşdirən məxfi kod-114

Son vaxtlar bəzi vətəndaşların 114 rəqəmini özündə əks etdirən dövlət nömrə nişanlarına marağı artmaqdadır.

Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərin görə, ilk baxışdan heç bir özəlliyi ilə diqqət cəlb etməyən 114 rəqəmli dövllət nömrə nişanına daha çox dindar kəsim maraq göstərir ki, buna da səbəb Qurani-Kərimdə 114 surənin olmasıdır. Məhz bu səbəbdən də 114 rəqəmini müqəddəs hesab edən dindarlar daha çox bu rəqəmin olduğu avtomobil nömrəsini almağa meyl edir.
Dindarların 114 rəqəmli nömrələrə maraq gösrtərməsinin digər bir səbəbi isə onların bu rəqəm vasitəsi ilə bir-birlərini tanıması, eyni ideologiyaya və inanca sahib olduqlarını bu rəqəm vasitəsi ilə bir-birlərinə çatdırmasıdır. Belə ki, şəxsi tanışlığa malik olmayan iki dindar məhz 114 rəqəmi vasitəsi ilə eyni məktəbin nümayəndələri olduqlarını anlayır və bir-birlərinin probleminə həssaslıqla yanaşırlar.
Başqa sözlə desək, bu gün 114 rəqəmi dindar kəsimi birləşdirən məxfi kod rolunu oynayır ki, bu birliyin cəmiyyət və toplumu hara aparacağı, nələrə səbəb olacağı hələlik bəlli deyil.
24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Türkiyəli nazirdən xəbərdarlıq – yenidən çevriliş edəcəklərini deyirlər

%d bloqqer bunu bəyənir: