Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
dinn

Dini ad daşıyan dükan və mağazaların adları dəyişdirilir

Yeni qanunvericilik sahibkarları qorxuya salıb

Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb Milli Məclisin son iclaslarında qəbul edilən qanunlardır.

Belə ki, son vaxtlar ictimai yerlərdə dini təbliğatın aparılması, dini simvol və rəmzlərin təbliği yasaqlanıb ki, bu da sadəcə dini kəsimin deyil, dinlə heç bir əlaqəsi olmayan bir çox dükan sahibinin də təlaşına səbəb olub. Vaxtiylə dükan və marketinə dini ad qoyan bu şəxslər son günlər kəskinləşən qanunlar səbəbi ilə heç nədən məsuliyyətə cəlb edilə biləcəklərindən ehtiyat edərək mümkün problemlərdən sığortalanmaq üçün sahibi olduqları mağazaların adlarını dəyişdirməyə başlayıblar.

Bilgili qaynağın məlumatına görə, məlum tendensiya Bakıətrafı kənd və qəsəbələrdə xüsusilə aydın nəzərə çarpır. Hətta reklam şirkətlərinə yeni ad sifariş etmək üçün lazımi vəsaitə malik olmayan xırda dükanlar belə adsız fəaliyyət göstərməyi dini ad altında fəaliyyət göstərməkdən daha məqsədəuyğun hesab edirlər.

Dükan sahibləri hesab edir ki, mağazalarının dini ad altında fəaliyyət göstərməsi dini təbiğatın bir forması hesab edilə bilər ki, bu da onların məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Beyləqanda yeni ünvanlı yardım hoqqası – Şikayət

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: