Loading...
Loading...

Dini ədəbiyyatın idxalı və ixracına elektron razılıq veriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası “Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi haqqında inzibati reqlament”i təsdiq edib.

24saat.org APA-ya istinadən xəbər verir ki, bu elektron xidmət dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsini əhatə edir.

Elektron xidmət www.e-gov.az, http://scwra.gov.az/pages/35/ elektron ünvanlarında təqdim olunur. Elektron xidmətin göstərilməsi üçün elektron ərizədə fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, hüquqi şəxsin adı, hüquqi ünvanı (daimi göstərdiyi yer) və qeydiyyat nömrəsi, müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar əksini tapmalıdır. Ərizəyə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) əlyazması (istehsal edilməsinə razılığın alınması üçün) və ya nümunəvi nüsxəsi (idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın alınması üçün) əlavə edilir. Eyni zamanda ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti elektron formada təqdim olunur. Beləliklə, ərizəni formalaşdırdıqdan sonra tələb olunan sənədləri daxil edərək sorğu formalaşdırılır. Sorğu istifadəçinin www.e-gov.az, http://scwra.gov.az/pages/35/ internet ünvanlarından birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçtuna “Bildiriş” göndərilir. rizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. İmtina üçün əsaslar olmadıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir.

Ərizə və ona əlavə edilmiş sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra icra üçün Dinşünaslıq ekspertizası şöbəsinə göndərilir. Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi haqqında qərar qəbul olunur və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi vasitəsilə təqdim edilir. Elektron xidmətin göstərilməsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsi məsuliyyət daşıyır. Məsul şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin rəhbəridir. Ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal “Bildiriş” göndərilir

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Referendum legitimsizlik prosesinin kulminasiyası olub”

%d bloqqer bunu bəyənir: