Advertisements
24 saat

DİN nazirlik əməkdaşının evində baş verən partlayışla bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda nazirlik əməkdaşının yaşadığı evdə baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb.

Rəsmi məlumatda bildirilib ki, oktyabrın 20-də saat 06 radələrində Abşeron rayonunun Hökməli kəndində yaşayan Müşfiq Qurbanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları yanıb, xəsarət almış M.Qurbanov, arvadı Şəbrur, qızları Leyla və Banuçiçək xəstəxanaya yerləşdirilib, Banuçiçək orada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Qurbanov nazirliklərdən birində çalışır. Ş.Novruzova isə xəstəxanaların birində həkim-cərrah kimi fəaliyyət göstərib. Bununla yanaşı, o, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: