Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DİN-in Zaqatalada saxladığı məmurlardan biri günahsızdır? – İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Zaqatalada xüsusi əməliyyat keçirilib.

Yayılan xəbərlərə görə, əməliyyat nəticəsində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Şərif oğlu Kələşov, Ramin Davud oğlu Şabanov, Şamil Cuma oğlu Şıxəmirov və daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərdən silah və narkotik götürülüb.

Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmisi Oruc Əlixanov azvision.az-a açıqlamasında bildirib ki, DİN-in keçirdiyi əməliyyat zamanı saxlanılan Məhəmməd Şərif oğlu Kələşov günahsız yerə həbs olunub. İcra Hakimiyyətindən verilən məlumata görə, M.Kələşovun üzərində tapılan silah onun dostuna məxsus olub.

“Məhəmmədin üzərində aşkar edilən silah onun dostuna məxsus olub. Bu hadisədə Məhəmmədin günahı olmayıb. O, dostuna görə belə hadisə ilə üzləşib. Həmin silah onun özünə məxsus olmayıb. Dostu silahı ona saxlamaq üçün verib. Məhəmməd bilməzdi ki, başına belə hadisə gələcək.

Məhəmməd ziyalı ailənin nümayəndəsidir. Ondan Zaqatalada heç kimin narazılığı olmayıb. 32 yaşı olsa da, Məhəmməd işində məsuliyyətli və bacarlıq kadr idi. Təəssüf ki, o, bu hadisəyə görə işdən çıxarılıb”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Kreditlə Həcc ziyarəti günahdır”

%d bloqqer bunu bəyənir: