Loading...
Loading...
elmir-tapdiq

DİN Gəncədə aktivistlərin döyülməsinə münasibət bildirdi

Daxili İşlər Nazirliyi Gəncə şəhərində divarlara etiraz şüarları yazdıqdan sonra həbs edilmiş gənclərə işgəncə verilməsi barədə ittihamları təkzib edib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə BBC Azərbaycancaya bildirib ki, Gəncə sakini Elmir Məmmədov və Şəmkir sakini Tapdıq Məmmədova xırda xuliqanlığa görə inzibati həbs cəzası verilib.

N!DA Vətəndaş Hərəkatın üzvü Ülvi Həsənli BBC Azərbaycancaya deyib ki, Elmir Məmmədov və Tapdıq Məmmədov İnzibati Xətalar Məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham olunublar.

Onlara 30 sutka inzibati həbs cəzası verilib.

Onun sözlərinə görə, gənclər Gəncə şəhərinin Şahsevənli qəsəbəsində küçə divarlarına “Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq”, “N!daçı siyasi məhbuslara azadlıq” və “Diktaturaya yox” şüarlarını yazdıqlarına görə saxlanılıb.

N!DA Vətəndaş Hərəkatının idarə heyətinin verdiyi açıqlamada deyilir ki, gəncləri şüarları yazdıqları yerdə, gecə saatlarında saxlanılaraq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparıblar və orda polis olduğu iddia edilən Aqil adlı mülki geyimli şəxs tərəfindən işgəncə verilib.

“Onları yumruq, sillə, təpiklə döyüb. Sonra başqa polislər də qatılıb və gənclərin başlarını bir neçə dəfə stola döyüblər”, hərəkat üzvü deyir.

Ülvi Həsənli bildirib ki, Elmirdə bədən xəsarəti qalmasa da Tapdığın bədən və başında işgəncə izləri hələ də aydın görünür.

İşgəncələrə məruz qalmalarına baxmayaraq onlar bu haqda polisə “şikayət verməyəcək”.

Gənclərin divarlara yazdığı şüarları elə həmin gecə pozublar və səhərə heç nə qalmayıb.

“Onlara polis idarəsində döyülməsi dedi-qodudur, hüquqi və məntiqi əsası yoxdur, müəyyən şəxslər ictimai diqqəti üzərilərinə çəkmək istəyir”, DİN sözçüsü Orxan Mansurzadə bildirib.

Gənclərdən biri Elmir Məmmədov N!DA üzvüdür, digəri, Tapdıq Məmmədov isə müstəqil fəaldır.

Mayın 10-da fəallar Qiyas İbrahimov və Bayram Məmmədov Bakıda sabiq prezident Heydər Əliyevin heykəlinə yazılmış şüardan sonra narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediliblər. Qiyas İbrahimova 10 il həbs cəzası verilib, Bayram Məmmədovun isə məhkəmə istintaqı davam edir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bu rayonlarda qaz olmayacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: