Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DİN-dən Sumqayıtdakı işgəncə faktına reaksiya

Daxili Işlər Nazirliyi Sumqayıt sakini Rəşad Mehdiyevin Şəhər Polis İdarəsinin 4-cü PB-də işgəncəyə məruz qalması barədə yayılmış məlumatlara münasibət bildirib. DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin redaksiyamıza göndərdiyi yazılı açıqlamanı bəzi ixtisarlarla təqdim edirik:

“Aprelin 27-də axşam saatlarında 21-ci məhəlləyə yaxın ərazidəki kafelərdən birinin yaxınlığında sərxoş halda olan bir şəxsin dava-dalaş salaraq ətrafdakı insanları təhqir etməsi, onlara və nəqliyyat vasitələrinə daş atması barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olub. Məlumatla əlaqədar ərazidə xidmət aparan PPX əməkdaşları hadisə yerinə gəliblər və bu zaman həmin şəxsin özündən gedərək yerə yıxılmasının şahidi olublar. Az sonra özünə gələn həmin adam yenidən anoloji hərəkətləri təkrarladıqda oraya yığışanların təhlükəsizliyini təmin etmək üçün, həmçinin, vətədaşların onu sakitləşdirmək barədə xahişlərini nəzərə alan əməkdaşlar özünü idarə edə bilməyən və sərxoş olan bu adamı iddiaların tam əksinə olaraq, qandallanmış halda deyil, xidməti avtomobilə əyləşdirib 4-PB-yə aparıblar, lakin elə yoldaca həmin şəxsin vəziyyəti yenidən pisləşib.  Bölməyə gətiriləndən bir neçə dəqiqə sonra o, polis tərəfindən çağırılan təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb.

Hazırda polis bölmələri, rayon, şəhər şöbə və idarələri müasir informasiya texnologiyalarının ən son nailiyyətləri, təhlükəsizlik kameraları ilə o dərəcədə təmin ediliblər, ərazi polis orqanlarına DİN-in, prokurorluğun, Ombudsman Aparatının və vətəndaş cəmiyyəti institutlarının nəzarəti o qədər güclüdür ki, orada vətəndaşlara qarşı hər hansı fiziki təzyiqin göstərilməsi praktiki cəhətdən mümkünsüzdür. Aidiyyatı bölmənin kamera görüntülərinə qısa bir nəzər salıb  Rəşad Mehdiyevin döyülməsi barədə spekulyasiyalara son qoyulmasını, bu şəxsin PB-yə gətirilməsi ilə oradan aparılması arasında bir neçə dəqiqəlik zaman fərqinin olduğuna əmin olmaq kifayət edər. Bir də ki polis əməkdaşları olumla ölüm arasında qalmış bir zavallını niyə döyməlidir və ya onun ölümünə səbəb olmalıdır? Burada məntiq yoxdur…

Qeyd olunmalıdır ki, R.Mehdiyev xəstəxanaya daxil olduqdan təqribən iki gün sonra, aprelin 29-da beyninə qan sızmasından vəfat edib. Sağlığında gündəlik halı dava-dalaşda keçən, adi məişət hadisələri ilə qarşılaşdıqda, sözün həqiqi mənasında, anlaqsızlıqdan başını daşa-divara çırpan, bu üzdən yolu müxtəlif səhiyyə ocaqlarına düşən bu şəxs elə sonuncu dəfə qapalı kəllə-beyin travması, epilepsiya, simptomatik və təkrarlanan generalizə olunmuş qıcolmadan əziyyət çəkmə diaqnozu ilə 2 saylı Sumqayıt şəhər poliklinikasına müraciət edərək cari il martın 16-dan aprelin 17-dək olan müddətdə orada müalicə alıb. Yeri gəlmişkən, o, həmin xəstəxanaya daxil olubmuş. İndi yaxın qohumlarının və məsələyə siyasi çalar qatmağa çalışan bəzilərinin mərhumun müsəlman adət-ənənəsinə uyğun yuyulması zamanı çəkərək bir sıra KİV-lərdə və sosial şəbəkələrdə paylaşdıqları, guya polis zorakılığının “sübutu” kimi dəyərləndirdikləri fotoşəkillərdəki qan və digər xəsarət izləri isə adətən meyidin daxili və xarici müayinəsi zamanı yaranır. Əslində həmin fotoları çəkib paylaşanlar ilk növbədə mərhuma və onun ailəsinə qarşı hörmətsizlik edirlər”.

Qeyd edək ki, Rəşad Mehdiyevin valideynləri mətbuata açıqlamalarında övladlarının polis bölməsində məruz qaldığı işgənclər nəticəsində dünyasını dəyişdiyini bildiriblər.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Daha bir erməni hərbçisi öldü

%d bloqqer bunu bəyənir: