Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
18205

DİN-də yetkinlik yaşına çatmayanlarla bağlı tədbirlər keçirilib

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”

Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası, habelə respublikada elan olunmuş “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə bağlı oktyabrın 20-21-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə paytaxtın Yasamal rayonundakı 158 nömrəli və Nizami rayonundakı 250 nömrəli tam orta məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin, qeyd edilən rayon polis idarələrinin və icra hakimiyyətlərinin nümayəndələri, eləcə də pedoqoji heyət, narkoloq, psixoloq və şagirdlər iştirak ediblər.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov hər iki tədbirdə dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram»ın tələb və prinsiplərini izah edərək bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin fəal mövqe nümayiş etdirməsinin vacibliyini bildirib.

A.Adıgözəlov ”Yetkinlik yaşına çatmayanların cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən yayınmalarının, eləcədə radikal dini qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatların məktəblərdə yayılmasının və təbliğinin qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, Respublika Narkoloji Mərkəzin narkoloq-həkimləri Asif Kəngərli və Elçin Haqverdiyev “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat”, Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva və Yasamal rayon VVADQŞ-nın rəisi İlahə Əsgərova ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzularında çıxışlar ediblər.

Mövzular ətrafında rayon polis orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti strukturlarının məsul nümayəndələri, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarının məsul əməkdaşları, məktəb direktorları, müəllimlər, psixoloqlar çıxış ediblər.

Daha sonra geniş müzakirələr keçirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Əgər əzizlərinizi söydürmək istəyirsinizsə…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: