Now Reading:
DİN Azərbaycandakı qadın polislərlə bağlı açıqlama verib
Full Article 1 minutes read

DİN Azərbaycandakı qadın polislərlə bağlı açıqlama verib



Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl “Qafqazinfo”da dərc edilmiş, güc strukturlarında qadın polislərin azlığından bəhs edən yazıya reaksiya verib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib ki, uzun müddətdir polisdə xidmətə qəbul “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir və mövcud qanunvericilik qəbulun digər üsulla həyata keçirilməsini istisna edir.

O, qeyd edib ki, Daxili İşlər Nazirliyi sistemində qadınların və kişilərin bərabər sayda təmsil olunmamasının obyektiv səbəbləri var:

“Daxili işlər orqanlarında fəaliyyətin başlıca istiqamətlərini cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarıb tutmaq, ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək və s. kimi çətin və ağır vəzifələrin təşkil etməsi, qanunla müəyyən edilmiş funksiyaların isə sutka ərzində fasiləsiz həyata keçirilməsi baxımından qadınların sayının kişilərə nisbətən az olması təbiidir”.

Orxan Mansurzadə hazırda respublikada fəaliyyət göstərən qadın polislərin sayını açıqlayıb: “Daxili işlər orqanlarında ümumilikdə 3000-ə yaxın qadın xidmət aparır ki, bu da …şəxsi heyətin ümumi sayının …10 faizini təşkil edir və bu göstərici ilbəil artır,” deyə DİN rəsmisi bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: