Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dilqəm Əsgərovun səhhəti pisləşib

Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin göndərdikləri məktublar ailələrinə verilib.

Şahbaz Quliyevin bacısı İradə Quliyeva ANS PRESS-ə açıqlamasında deyib ki, qardaşının məktubu ailəyə bu gün təqdim edilib. Məktubda Şahbaz Quliyev yaxşı olduğunu yazıb.

“Biz ona ailə şəkillərimizi göndərmişdik. Yazıb ki, şəkilləri alıb. Bizə can sağlığı arzulayır”.

Dilqəm Əsgərovun isə səhhətində problemlər var. Qardaşı Sahib Əsgərov deyib ki, o, özü bu barədə məktubunda yazıb.

“Məktubda yazır ki, başında və ayaqlarında ağrılar var. Amma müalicə almasından heç nə yazmır. Ona görə çox nigaranıq”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkib. Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş mayın 23-də olub.

“BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb. Komitə mandatına uyğun olaraq baş çəkmələri davam etdirəcək”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

7 günlük gəlini öldürən azərbaycanlı haqqda yeni TƏFƏRRÜATLAR

%d bloqqer bunu bəyənir: