Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Dilqəm Əsgərovun atası prezidentə müraciət etdi -“Oğlumu geri qaytarın”

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov prezident İlham Əliyevə müraciət edib.

Qardaşxan Əsgərov oğlunun girovluqdan xilas edilməsi üçün ölkə başçısından kömək istəyib.
“Prezidentdən xahiş edirəm ki, oğlumun geri qaytarılmasında bizə yardım etsin. Dilqəmi 3 ildir ki, görmürəm. Oğlum öz ata-baba torpaqlarına gedib. Ora mənim ata yurdumdur. İnanıram ki, prezidentimiz bu məsələdə bizə kömək edəcək. Bir ata kimi arzulayıram ki, mənim meyitimi yerdən oğlum Dilqəm götürsün”.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.
Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(AzVision.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Hacıyevin tələbə yoldaşı 60 milyonu bankdan necə çıxarıb?

%d bloqqer bunu bəyənir: