Now Reading:
Diktator Kim Çen İn belə məhv ediləcək – PLAN
Full Article 50 second read

Diktator Kim Çen İn belə məhv ediləcək – PLAN



Cənubi Koreya Şimali Koreya lideri Kim Çen İn və ölkənin hərbi rəhbərliyinə qarşı hücum konsepsiyası işləyib.

Axar.az xəbər verir ki, bu barədə “Yenxap” agentliyi Seuldakı hərbi mənbəsinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, planda Şimali Koreya paytaxtının intensiv bombardman nəticəsində məhv edilməsi nəzərdə tutulur.

“Növbəti dəfə də nüvə nümayişi etdirəcəyi təqdirdə Pxenyanın hər bir rayonu, xüsusilə Şimali Koreya rəhbərliyinin gizləndiyi ərazilər ballistik raketlər və qəlpəli-fuqas mərmilərlə darmadağın ediləcək. Bir sözlə, Şimali Koreyanın paytaxtı külə dönəcək və xəritədən silinəcək”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, hücum zamanı “Hyunmoo 2AS”, “2BS” və “Hyunmoo 3s” ballistik raketlərindən istifadə olunacaq. Həmin raketlər müvafiq olaraq 300, 500 və 1000 kilometr uzaqlıqda olan hədəfləri vura bilir.

Dövlət Departamentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sun Kim Yaponiya Xarici İşlər Nazirliyi ilə apardığı məsləhətləşmələrdən sonra Vaşinqton və Tokionun da Şimali Koreyaya qarşı hər hansı bir addım ata biləcəklərini deyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: