Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

DGK-nın rəsmi deklarasiyalarla bağlı inanılmaz təftiş metodu

Komitədən biznesmenlərə təklif: “Madam satmaq üçün gətirmisiniz, bizə satın”

Azərbaycanda ard-arda yaşanan iki devalvasiyadan sonra manatın kəskin şəkildə dəyərdən düşməsi xaricdən məhsul idxalını əhəmiyyətli dərəcədə azaldıb. Buna səbəb dollarla alınan məhsulların ölkə daxilindəki satış qiymətinin avtomatik olaarq qalxması və özünə alıcı tapa bilməməsidir.
İdxal edilən məhsullaırn qiymətini artıran digər bir amil isə gömrük qanunvericiliyində edilən son dəyişkliklərdən sonra gətirilən məhsullara görə ödənilən rüsumun artırılması, habelə yol xərci kimi nəqliyyat vasitəsinə biznesmen tərəfindən ödənilən pulun da məhsulun qiymətinə əlavə edilməsi, buna görə də rüsumun alınmasıdır. Məhz bu səbəbdən də bəzi biznesmenlər daha az gömrük rüsumu ödəmək üçün xarici ölkələrdən məhsul alarkən aldıqların malın qiymətinin deklarasiyada mümkün qədər az göstərməyə çalışır. Bu, biznesmenlərə xeyli miqdarda vəsaitə qənaət etməyə imakn verir. Lakin bugünlərdə özəl mənbədən 24saat.org-a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) bu tip deklarasiyaların əsl mahiyyətini de-şifrə etmək üçün qeyri-adi üsula əl atıb. Belə ki, dünyanın müxtəlif ölkələrində satılan ən müxtəlif məhsulların satış qiyməti ilə bağlı aydın təsəvvürə və dəqiqləşdirmə imkanına malik olan DGK, hansısa məhsulun real qiyməti ilə deklarasiyadakı qiyməti arasında uyğunsuzluq görən zaman bu barədə mal sahibinə məlumat verir. Mal sahibi isə məhsulu həqiqətən də ucuz qiynətə, deklarasiyada göstərildiyi qiymətə aldığını iddia edən zaman DGK əməkdaşı ondan sözügedən məhsulun hamısını daha baha qiymətə almağa hazır olduğunu bildirir. DGK biznesmenə bildirir ki, o, elə buradaca bütün məhsulun komitəyə sata, geri qayıdıb yenidən bu məhsuldan bu qiymətə gətirə bilər. Komitə biznesmenin gətirəcəyi növbəti məhsulları da biznesmenden onu qane edəcək qiymətə almağa söz verir.
Belə olan halda yüksək gömrük xərcindən azad olunmaq üçün deklarasiyada məhsulların qiymətini əslində olduğundan xeyli dərəcədə aşağı göstərən biznesmen seçim qarşısında qalır. O ya düşdüyü situasiyadan çıxmaq üçün öz sözünün üstündə durub gətirdiyi məhsulu ucuz qiymətə DGK-ya verməklə maddi ziyana düşməli, ya da deklarasiyada qiymətləri süni şəkildə azaltdığını etiraf etməklə yüksək gömrük rüsumu verib məhsulun ölkəyə keçirilməsinə nail olmalıdır.
Bir sözlə, görünən odur ki, artıq rəsmi deklarasiyalarda hansı qiymətlərin yer alması da DGK üçün əhəmiyyət kəsb etmir. Çünki hansı məhsulun hansı səviyyədə sənədləşməsinə baxmayaraq, DGK-nın təqdim edilən məhsulun əsl qiymətini müəyyənləşdirmək üçün rəsmi və qeyri-rəsmi metodları kifayət qədərdir və bu metodlar komitənin ideoloqları tərəfindən “kəşf edilən” yeni metodlar hesabına durmadan genişlənməkdədir.
24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Astroloji proqnoz – 11 may

%d bloqqer bunu bəyənir: