Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
xestexana-300x225.jpg

Devalvasiyadan sonra psixoloji müayinə üçün müraciət edənlərin sayı artıb

Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb.

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə 25-30 yaşlı şəxslər mərkəzə müraciət edir: “Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var”.

R.Salayev qeyd edib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Valideynin 150 ədəd süpürgə alması yalandır” – Direktor xəbərdən HİDDƏTLƏNİB

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: