Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Devalvasiyadan qaçmaq mümkünsüz görünür

Ölkədə növbəti devalvasiyanın əlamətləri görünür. Bu barədə iqtisadçı Nemət Əliyev Facebook səhifəsində yazıb. Onun yazdığını təqdim edirik:

 

“Kəmərlərinizi sıxın! Növbəti devalvasiya ilə üz-üzəyik.
Neft Fondu aprel, may, iyun aylarında dövlət büdcəsinə ödəmələri kəskin şəkildə azaldıb. Devalvasiya hesabına məzənnə fərqindən irəli düşmək istəklərini gerçəkləşdirmək üçün “əməlli-başlı hazırlıq” kimi də dəyərləndirmək olar bu addımı.
2016-cı ilin dövlət büdcəsi haqqında qanuna görə Neft Fondu büdcəyə il ərzində 7,6 milyard manat ödəməlidir (bu büdcənin 45%-dir). Hər aya orta hesabla 634 milyon manatdan bir az çox ödəmə düşür.
İnsafən, ilk üç ayda – yanvar, fevral, mart aylarında orta hesabla 600 milyona yaxın ödəmə də həyata keçirilib. Lakin sonrakı aylarda Fonddan büdcəyə ödəmələr kəskin şəkildə azalaraq apreldə 175 milyona, mayda isə 91 milyon manata qədər düşüb. (Qeyd: bu məbləğlərin 6-8%-i başqa mənbələrdən büdcəyə daxilolmalara aiddir. Yəni Fonddan büdcəyə faktiki ödəmələr göstərilən məbləğlərdən də azdır). İyun ayında isə dövlət büdcəsinə bütün mənbələrdən cəmi 680 milyon manat daxil olub. Böyük ehtimalla belə qənaətə gəlmək mümkündür ki, iyunda Fond büdcəyə heç bir ödəmə həyata keçirməyib.
Belə görünür ki, dövlət büdcəsi qarşısında Neft Fondunun öhdəliyini növbəti devalvasiya hesabına yerinə yetirməyə ümidlərini bağlayıblar. Artıq ilin yarısı arxada qalıb. Büdcədə isə böyük boşluq əmələ gəlib. Vaxt gözləmir…”

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İlham Əliyevin verdiyi qərarların gömrüyə təsiri nə olub?- Şərh

%d bloqqer bunu bəyənir: