Loading...
Loading...

Devalvasiya Azərbaycanda Holcim-i “vurdu”

Yeni rəqiblərinin peyda olması,  tikinti işlərinin həcminin azalması və kəskin devalvasiyalar  Holcim (Azərbaycan) şirkətinə baha başa gəlib. Azərbaycanın iri sement istehsalçılarından biri  olan Holcim (Azərbaycan) ASC ötən ili böyük zərər ilə başa vurub.

Holcim (Azərbaycan) ASC 2015-ci ildə 99 milyon 139 min manat zərər açıqlayıb. Bu ASC-nin tarixində ən böyük zərərdir. Zərərin yaranmasının əsas səbəbi məzənnə fərqindən (devalvasiyalara görə) yaranmış 89 milyon 766 min manatlıq zərərdir.

Belə ki, Holcim (Azərbaycan) ASC 2015-ci ildə malların satışından 84 milyon 625 min manat gəlir əldə edib. Satışın maya dəyəri, çatdırılma xərcləri,  digər satış xərcləri, ümumi və inzibati xərclər 111 milyon 385 min manat olub. ASC 26 milyon 757 min manat əməliyyat zərəri edib. Üstəlik 6 milyon 427 min manatlıq maliyyə xərci və 89 milyon 766 min manat məzənnə fərqindən yaranan zərər, ASC-nin mənfəət vergisindən əvvəlki zərərinin 123 milyon 224 manata çıxmasına səbəb olub.

azadliq.info

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Avtomobil idxalında ağır durum

Loading...
%d bloqqer bunu bəyənir: