Advertisements
24 saat

Deputatlar Belçikaya gedir


Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Səfər zamanı Belçika parlamenti Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri, Flamand regionu parlamentinin sədri, Brüssel-paytaxt regionu parlamentinin vitse-spikeri ilə bir sıra görüşlər keçiriləcək.

Görüşlərdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti və tərəfləri maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.(Azərtac)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: