Now Reading:
Deputatlar əlbəyaxa oldu
Full Article 40 second read

Deputatlar əlbəyaxa oldu



Türkiyə parlamentinin komitəsi deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı hakim partiyanın təklifini müzakirə edir.

Bu addım terrorçuluqda ittiham olunan kürdpərəst deputatların məhkəməyə verilməsinə yol aça bilər.

Prezident Racep Tayyip Erdogan kürdpərəst “Xalq-Demokrat Partiyası”nı qadağan edilmiş üsyançı kürd qrupu ilə əlbirlikdə ittiham edir və onun liderlərinin məsuliyyətə cəlb edilməsini təkid edir.

Aprelin 27-də parlamentin iclas zalında dava düşüb.

Buna səbəb hakim partiyadan olan deputatın kürdpərəst partiyadan olan həmkarına tərəf gedərək onu terrorçu adlandırması olub.

Qeyd edək ki, PKK ötən il Türkiyə hökuməti ilə atəşkəs sazişindən çıxdıqdan sonra ölkənin cənub-şərqi və digər yerlərində zorakılıq və terror hücumlarının sayı artıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: