Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) kadr dəyişikliyi olub.
24saat.org-un APA-ya istinadən məlumatına görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib. A.Xəlilov bundan əvvəl Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib.
Bizimyol.info xəbər verir ki, Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilən Ağaəli Xəlilov, Milli Məclisin deputatı Rüstəm Xəlilovun qardaşıdır.