Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
100548.jpg

Deputatın “qardaşı qızı”na hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq ) maddəsi ilə təqsirləndirilir.
O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu “Kapital Bank”a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.
N.Əhmədova deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu bildirib. V. Əhmədov isə bir müddət əvvəl mətbuata açıqlamasında onun qardaşı qızı olmadığını bildirmişdi.
Xatırladaq ki, N.Əhmədova keçmiş məhkum olub. O, 2009-cu ildə məhkumluq həyatı yaşayıb.(Qafqazinfo)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Korrupsiyaya qarşı mübarizə üçün – Yeni qanunlar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: