Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Deputatın “bic” dediyi jurnalistdən cavab – ATAMIN ADINDAN İMTİNA ETMƏMİŞƏM

Millət vəkili Fazil Mustafa onun Fətullah Gülənlə əlaqəsinin olub-olmaması ilə bağlı araşdırma aparan Tərəfdar.az saytının baş redaktoru Seymur Süleymanovu çox kobud formada təhqir edib. Azinforum.az xəbər verir ki, deputat bu xüsusda ona sual verən başqa bir saytın əməkdaşına verdiyi cavabla bağlı fikirlərini öz Feysbuq statusunda paylaşıb.

Həmin cavabı olduğu kimi təqdim edirik:

“Bir jurnalist zəng vurub sual verir ki, terefdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz. Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı”.

Qeyd edək ki, deputat bu mövqeyi ilə həm Tərəfdar.az saytının baş redaktorunu, həm də ona sual verən jurnlisti təhqirə məruz qoymuş olub. Xatırladaq ki, deputatın işlətdiyi sərt  fikirlər sosial şəbəkə istifadəçiləri arasında da birmənalı qarşılanmayıb.

seymur sul

 

Seymur Süleymanovun özü də, Fazil Mustafanın fikirlərini cavabsız qoymayıb. Azinforum.az jurnalistin deputata verdiyi cavabı təqdim edir:

“Fazil Mustafadan bu cür tərbiyyəsiz mövqe gözləmirdim. Biz çox normal şəkildə deputat Fazil Mustafanın Fətulla Gülənə olan münasibətini araşdırmışıq. Həmin araşdırmalarımızı Fazil Mustafanın dövrü mətbuat və saytlara verdiyi açıqlamalar əsasında hazırlamışıq. Fazil Mustafanın yazdıqlarından imtina edən adam olduğunu hamı bilir. Görünür, bu istiqamətdə təqdim etdiyimiz yazılar da onun heysiyyatına toxunub. Ancaq bu bizim işimizdir, biz etikdan kənar nəsə etməmişik. Onun bu mövzuyla bağlı vaxtilə ortaya qoyduğu mövqeyi təqdim etmişik. Fazil Mustafa mənim rəhbərlik etdiyim saytı İran kəşfiyyatına bağlamağa cəhd edir. Bilirsiniz ki, bu xüsusilə ağır bir ittihamdır və biz Fazil Mustafadan dediklərini hüquq müstəvisində sübut etməyi tələb edəcəyik. Müalicəmlə bağlı Türkiyədəyəm, bu günlərdə ölkəyə qayıdan kimi, məhkəməyə müraciət edəcəm. Onun nəzərinə bir faktı da çatdırım ki, biz gəncik, hələ Fazil Mustafa kimi budaqdan budağa gəzməyə, mövqeyimizi dəfələrlə dəyişməyə vaxtımız olmayıb. Ona görə də, belə qarayaxmaları bizə yapışdırmağa cəhd etməsin. Mən kimin bic doğulduğunu deyə bilmərəm, amma onu deyə bilərəm ki, atam da, anam da ziyalıdır, onları da başqalarından fəqrli olaraq, gözəl tanıyıram. Onlarla da fəxr edirəm. İndiyə kimi atamdan, nə soyadımda, nə də adi həyatda imtina etməmişəm. Bir vaxtlar Əvəz Zeynallının kiminsə atasından imtina etdiyi ilə bağlı fikirlər də mənə şamil olunmayıb. Heç mənim atamın adı bir vaxtlar Naxçıvan otellərindəki qaranlıq işlərdə də hallanmayıb. Fazil Mustafanın 2005-ci ilə kimi yazdıqlarından imtina etdiyini bilirdim. Yaxın keçmişdəki fikirlərini də bu şəkildə qərəzlə qarşılayacağını təsəvvür edə bilməzdim. Görünür hədəfə vurmuşuq. Artıq bu o anlama gəlir ki, Fazil Mustafa özündən qismən yox, tam imtina edib. İnsan özünü necə də zəlil edərmiş, ilhahi…”

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda şok dələduzluq: 50 nəfəri aldatdılar

%d bloqqer bunu bəyənir: