Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
27856

Deputat: “Sosial şəbəkələrdən istifadə edib insanları təhqir edən qruplar var”

Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə yeni maddə-148-1 maddəsi əlavə edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.
“Bundan sonra sosial şəbəkələrdə saxta profillər, adlar və ya hesablardan istifadə edərək böhtan atma və təhqirlərdən istifadəyə görə cinayət məsuliyyəti yaranacaq. Bu, Azərbaycanda bir yenilikdir”.
Maraqlıdır, sosial şəbəkələrin aktiv istifadəçisi olan millət vəkili Fazil Mustafanın bu qanun layihəsinə münasibəti necədir? Deputat Moderator.az-a açıqlamasında qanun  layihəsinə münasibət bildirib:
“Mən qanun layihəsinə müsbət yanaşıram. Sadəcə olaraq elə bir mexanizim işlənib hazırlanmalıdır ki, bu qanun layihəsindən günahsız insanlar zərər çəkməsin.  Tənqid, böhtan, təhqir, yalan məlumatların da sərhədi müəyyən olunmalıdır. Bunları müəyyən edəcək xüsusi bir ekspert qrupu yaradılmalıdır. Biz bilirik ki, sosial şəbəkələrdən istifadə edib insanlara böhtan atan, onları təhqir edən qruplar var. Bunların qarşısını almaq lazımdır”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Jurnalistin komada olan atası ilə bağlı yeni aksiya keçiriləcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: