Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
sabir_haciyevv

Deputat Sabir Hacıyev torpaq satır? – Göyçayda

Göyçayın Cəyirli kənd bələdiyyəsinin sədri Fuad Nəbiyev torpaqları satıb qurtarıb. 24saat.org-a şikayət edən sakinlərin sözlərinə görə, indi də kənd camaatının pay torpaqlarını satmağa başlayıb.

Kəndlilər qeyd edirlər ki, problemi mətbuatda qaldırsalar da, xeyri olmayıb. Hələ 2015-ci ildə səkkiz ailəyə məxsus pay torpağını satmağa müəvəffəq olmuş Fuad Nəbiyev onun bu hərəkətlərindən edilən şikayətləri almır.
Çünki yaxın qohumu, Milli Məclisin deputatı Sabir Hacıyevin himayəsi ilə şıdırğı torpaq alverini davam etdirir. Cəzalandırılmayacağını bilən sədr indi də kənd sakini Vahid Adıgözəlovun ailəsinə məxsus pay torpağına girişib.
O, bu barədə Göyçay hüquq-mühafizə orqanlarına müraciət etsə də faydası olmadığından, prezidentə müraciət edəcəyini bildirib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Zərdab Kommunal Təsərrüfat İdarəsində rüsvayçılıq – Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: