Loading...
Loading...

Deputat sələmə pul verir – FAKT

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Rüfət Quliyev sələmçiliklə məşğul olmaqda, faizə pul verməkdə ittiham olunur.
Məlumatda bildirilir ki, deputat Rüfət Quliyev 2011-ci ildə bir dostunun vasitəsiylə Cəfərov Namiq adlı şəxslə münasibət qurub. Daha sonra onunla iki öhdəlik müqaviləsi bağlayaraq, aylıq 8-10 faiz omaqla 30 min dollar pul verib. Sonradan həmin məbləğin faizlərini hesablayaraq NamiqCəfərovdan 400 min dollara yaxın vəsait tələb edib.
Bir müddət sonra Namiq Cəfərov vəfat edib. N.Cəfərov vəfat etdikdən sonra Rüfət Quliyev onun ailə üzvlərinidən həmin məbləği ödəməyi tələb edib. Əlində də öhdəlik müqaviləsi olduğunu bildirib. Rüfət Quliyev daha sonra mərhumun həyat yoldaşının bütün əmlakına qanunsuz olaraq həbs qoydurub, ondan 350 min dollara yaxın pul tələb edib.

24saat.org xəbər verir ki, qarşı tərəfin vəkili Ceyhun Yusifov Moderator.az-a açıqlamasında bildirdi ki, deputat qanusuz əməlini özü ifşa edib. Belə ki, Səbail rayon məhkəməsinə özü müraciət edib:

selem“İddianın predmeti olmasa belə, deputat Rüfət Quliyev öz şəxsi əlaqələrindən və statusundan istifadə edərək Səbail rayon məhkəməsində mərhumun həyat yoldaşının bütün əmlakına həbs qoydurub. Açıq şəkildə faizə pul verdiyini bildirərək, həmin məbləğin ödənilməsini tələb edib. Bu gün o öhdəlik müqaviləsi deyilən sənədin faktiki olaraq necə tərtib edildiyini mübahisələndirsək və əsassız saysaq da, Rüfət Quliyev öz iddia ərizəsində faktiki olaraq faizə pul verdiyini, 40 min dolların müqabilində 350 min dollar ödənilməsini, həmin ödənişin də onun çoxsaylı daşınar və daşınmaz əmlaklarına yönəldilməsi üçün mərhumun həyat yoldaşının əmlakların üzərinə qanunsuz olaraq həbs qoydurub. Hazırda iş Səbail rayon məhkəməsinin icraasındadır.

Deputat Rüfət Quliyev Azərbaycan Respublikası Konstitusiyasının tələblərini pozur. Belə ki, deputatın açıq sahibkarlıq fəaliyyəti ilə məşğul olması birbaşa qadağan edilib. Eyni zamanda, ümumiyyətlə pul vəsaitlərinin vətəndaşa faizə verilməsiylə yalnız müvafiq banklar məşğul ola bilər. Təəssüflər olsun ki, bu tələblərin hamısını pozan deputat Rüfət Quliyev Səbail rayon məhkəməsində iddia qaldıraraq öz qanunsuz fəaliyyətini ifşa edib. Vətəndaşa çox yüksək, illik 100-120 faizlə pul verməsini təsdiq edib”.

Vəkil deputat Rüfət Quliyevin daha kimlərə faizə pul verdiyi haqqında isə məlumatsız olduğunu deyib: “Mənə konkret olaraq bir nəfər müraciət etdiyi üçün yalnız bir nəfər haqqında məlumatım var”.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

MSK referendum bülletenlərinin çapına başladı

Loading...
%d bloqqer bunu bəyənir: