Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
hebib-elmira

Deputat oğlunun şəriki Moskvada həbs olundu

Deputat Elmira Axundovanın oğlu Həbib Axundova qarşı milyonlarla vəsaitin ələ keçirilməsi ittihamlarında adı hallanan əsas fiqurlardan biri də onun dostu Elnur İbrahimovdu. Deputat oğlu tərəfindən pullarının mənimsənildiyini iddia edən şikayətçilərin bəziləri vəsaiti birbaşa Elnur İbrahimova verdiklərini deyirlər.

Həbib Axundovdan şikayətçi olanların prezidentə, Milli Məclisə, Baş Prokurorluğa və başqa qurumlara çoxsaylı müraciətlərdən sonra onların ərizəsi əsasında Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanmış, Elnur İbrahimovun barəsində axtarış elan olunmuşdu. Baxmayaraq ki, ərizəçilər deputat oğlundan da şikayətçi idilər, istintaq orqanı onu zərərçəkmiş qismində tanıdı. Hərçənd, şikayətçilər ərizələrində Elnur İbrahimovla Həbib Axundovun yaxın dost və şərik olduğunu, pullarını da onların ikisinə verdiklərini göstərirlər.
“Azadlıq”a daxil olan məlumata görə, Elnur İbrahimov üç gün əvvəl Moskva yaxınlığında saxlnılıb. Hazırda onun Bakıya gətirilməsi üçün sənədləşmə işləri aparılır.
Elnur İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham olunur.
Deputat oğlundan şikayətçi olanlar “Azadlıq”a təqdim etdikləri müraciətdə yazıblar ki, Həbib Axundov və Elnur İbrahimovun əməlləri nəticəsində Ziya Vəliyevin 205 min, Elvin Vəliyevin 202 min, Sabir Ağayevin 115 min, Şahin Məhərrəmovun 70 min, Fərman Məmmədovun isə 575 min manat pulu mənimsənilib.
İnformasiya şöbəsi

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“MTN işi”ndən Abutalıbovun da adı çıxacaq”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: