Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103039

Deputat İrəvanın İsgəndər-M yalanını ifşa etdi

Rusiyanın Ermənistana verdiyi raket komplekslərinin İsgəndər-M olması ilə bağlı xeyli müəmma var. Çünki ortada konkret fakt yoxdur, hər şey sadəcə söyləntilərdən ibarətdir.

Bu sözləri millət vəkili Rasim Musabəyov deyib. Son günlərin aktual mövzusu olan İrəvanın İsgəndər-M qalmaqalına münasibət bildirən politoloqun fikrincə, sözügedən raket kompleksləri Rusiyaya məxsusdur:

“Əvvəla, İsgəndər-M ermənilərə verilə bilməz. Ona görə ki, bu raket kompleksləri 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq gücündədir. Müqaviləyə görə isə 300 kilometrdən artıq raketlər ikinci bir dövlətə verilə bilməz. Aydın olur ki, bu, İrəvanın birinci yalanıdır. Əgər sözügedən raketlər həqiqətən İsgəndər-M isə, onda bu komplekslər birbaşa Rusiyaya məxsusdur və ermənilərə də sadəcə paradda nümayiş üçün icarəyə verilib. İkincisi, Ermənistanda belə silahlar varsa, bu, İsgəndər-E raket kompleksləridir. Bu raketlər 280 km məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir. Hesab edirəm ki, İsgəndər-M məsələsində xeyli müəmma var. BMT-nin xüsusi bir bölməsi var və əgər deyilənlər doğru olsaydı, bu məsələ ilə bağlı bütün rəsmi məlumatlar ilk növbədə oraya çatdırılmalı idi. Belə bir məlumat isə yoxdur. Fikir verin, bütün rusiyalı rəsmilər məsələyə ümumi yanaşmalarını orta qoyurlar. Sözügedən silahlara gəlincə isə konkret nə verilməsi, hansı modifikasiya olması və necə ödənilməsi barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, Rusiyada İsgəndər-M-in satışı ilə bağlı qadağa olsa da, Ermənistan Müdafiə Nazirliyi ötən həftə Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu açıqlayıb. (Axar.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Maşallah Əhmədov mənə 350 in manat ziyan vurub”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: