Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tahir-rzayev

Deputat: “Hərdən qadınlar da ərlərini öldürür, döyüb evdən qovur…”

Azərbaycanda az qala hər gün qadın qətllərinin baş verməsi, bu günlərdə Qəbələdə 25 yaşlı hamilə, üstəlik üç uşaq anasının əri tərəfindən xüsusi qəddarlıqla öldürülməsi sosial şəbəkələrdə, mətbuatda geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə fəallar

“Qadın qətllərinə son”, “Qadınlara zorakılıq və şiddətə son” kimi çağırışlar yayırlar.

Belə zorakılıqlar nədən qaynaqlanır? Qadın qətllərinin arxasında nə durur? Virtualaz.org xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Tahir Rzayev “Azadlıq” radiosuna açıqlamasında məişət zorakılıqları məsələsinin təkcə qadınların qətli kontekstində müzakirə olunmasına tərəfdar olmadığını deyib. Deyib ki, hərdən qadınlar da öz ərlərini öldürür (yəni məntiqlə hesab 1-1 ?!).

“Amma son illər neçə dəfə belə məlumatlara rast gəlmişik ki, qadın öz ərini bıçaqlayıb, ərinə təcavüz edib, onu öldürməyə cəhd göstərib və ya öldürüb”-deputat qadınlara zorakılıqdan danışarkən belə deyir. O bu fikridədir ki, dünyanın hər yerində zorakılıq baş verir, sadəcə, Azərbaycanda bu daha çox “qabardılır”, qadın hüquqlarının pozulması kimi qələmə verilir.

Deputat zorakılıq hallarının artmasını “dövrün çətinlikləri” ilə əsaslandırır: “Bütün dünyada böhran yaşanır, istər mənəviyyatda, istərsə iqtisadiyyatda. Bir çox adam buna hazırdır, intellekti, səbri var. Ancaq dözümsüz adamlar ailə münaqişəsi zamanı belə olaylara meyllənirlər. Əsas səbəblərdən biri – insanların yetərsiz şüuru və çətinliklərə dözə bilməməsidir. Bəziləri ailə qurur, çətinlik görüncə, ya ayrılır, ya da zorakılığa əl atır. Dözümsüzlükdür səbəb”.

Deputat Tahir Rzayev belə halların təbliğ edilməsinə qarşı çıxır. O, cəmiyyətdə yaxşı örnəklər olduğunu da söyləyir: “Dünən (oktyabrın 31-də )göstərirdilər ki, Bərdədə bir ailənin 14-cü uşağı dünyaya gəlib, deyir ki, çətinliyimiz çoxdur, amma yenə də Allaha şükür edirlər. O qədər xoşuma gəldi bu… Yüksək gəlirləri yoxdur. Ata sürücü, ana evdar qadındır. Başqa ailədə belə şey olurmu? Xırda bir səhv olunca, ya kişi arvada əl qaldırır, ya da arvad kişini döyür, evdən qovur. İnsanlar ailə quranda düşünməlidirlər ki, sabah ailəni təmin edə biləcəklərmi? Dözümlü olmalıdırlar”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Bakıda 150 min sakin təhlükə ilə üz-üzə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: