Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Deputat: “Ermənistana vaxt qoyulmalıdır” -AÇIQLAMA

“Avqust ayında baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə düşmən ölkədə baş verənlərdən kart kimi istifadə olunacaqsa, bütün məsuliyyət onların üzərində qalacaq. Çünki, Azərbaycan problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Əgər problem sülh yolu ilə həll olunmasa o zaman müharibə yolu qaçılmazdır”. Bunu açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, problemin həlli ilə bağlı Ermənistana vaxt kvotası qoyulmalıdır: “Ölkə başçısı İlham Əliyev hər zaman qeyd edir ki, danışıqların uzun müddət davam etməsi və status-kvonun saxlanması Azərbaycana sərf etmir. Bu baxımdan düşünürəm ki, prezidentlərin növbəti görüşündə də real nəticələr olmasa, Ermənistan bu dəfə də pozuculuq fəaliyyətini davam etdirsə, beynəlxalq ictimaiyyət bilməlidir ki, aprel döyüşləri təkrarlana bilər. Hər kəsə məlumdur ki, o zaman ölkəmiz beynəlxalq aləmin xahişini nəzərə alaraq savaşı dayandırdı və bildirdi ki, münaqişənin dinc yolla həlli mümkündürsə, buyurun həll edin”.
Millət vəkili qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqi olmadan Ermənistandan problemin həlli ilə bağlı sülhməramlı addım gözləməyə dəyməz: “Hər zaman olduğu kimi budəfəki görüşdə də Ermənistan tərəfindən real addımların atılmasını gözləmək çox çətindir. Əgər Ermənistana təsir edən güclər baş verə biləcək hadisədən narazıdırsa, o zaman onu problemin sülh yolu ilə həllinə məcbur etməlidirlər. Ermənistanın öz mövqeyinə qalsa, onlardan xoşməramlı addımlar gözləməyə dəyməz”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Tayvanda Azərbaycan mətbəxi – fotolar

%d bloqqer bunu bəyənir: