Loading...
Loading...
qudret_hesenquliyev

Deputat bank və sığorta sektorunu tənqid etdi

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bank və sığorta sistemində olan problemləri tənqid edib. O bildirib ki, banklar maliyyə hesabatlarını vaxtında açıqlamalıdır. “Vətəndaş da bu məlumatlarla tanış olmalıdır. Çünki, vətəndaşlar pullarını banklara qoyur, sonradan banklar bağlananda vətəndaşlar əziyyət çəkir. Bankların məlumatları açıqlaması təmin olunmalıdır ki, vətəndaş pulunu etibar etdiyi maliyyə təşkilatının vəziyyətini qiymətləndirə bilsin”.

Q. Həsənquliyev əlavə edib ki, sığorta şirkətləri də insanları həddindən çox incidir: “Sığorta şirkətləri avtomobili qəzaya uğrayan vətəndaşlara ödəniş etməkdən yayınır. Mənə bununla bağlı vətəndaşlardan çox sayda şikayətlər daxil olur. Mən özüm də bir neçə dəfə sığorta şirkətlərinin nümayəndələri ilə telefonla danışmışam. Ödənişin olunmamasının səbəbini soruşuram. Cavab verirlər ki, avtomobil köhnədir və sairə. İnsanları bu qədər incitmək olmaz. Hesab edirəm ki, sığorta şirkətlərinin bu cür fəaliyyətinin qarşısı alınmalıdır”.

Bizimyol.info

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Barak Obamanın tarixi çıxışı: “O liderlər ki, hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər,..”

%d bloqqer bunu bəyənir: