Loading...
Loading...

Delfinlər danışa və mahnı oxuya bilirlər – Elm aləmi ŞOKDA

Hələ 1974-cü ildə ABŞ universitetlərinin birinin biologiya elmləri Departamentinin apardığı araşdırmalarda delfinlərin  bir-biriləri ilə eynilə insanlar kimi ünsiyyət  saxladıqları  məlum olmuşdu.

Lakin o zamanı texnologiya su altında baş verən bu prosesi daha dəqiq izləyə bilməmişdi. Moderator.az xəbər verir ki, bu yaxınlarda yenə də bir qrup alimin apardıqları araşdırmalarda delfinlərin ünsiyyət bacarığı bir daha təsdiqlənib. Su altında yerləşdirilən kamera və mikrofonların köməyilə delfinlərin bir-birilə söhbətləşdiyini  dəqiqliklə izləyə biliblər. İzləmə nəticəsində başqa maraqlı detal da üzə çıxıb. Məlum olub ki, delfinlər ünsiyyətdə olan zaman heç vaxt bir-birilərinin sözünü kəsmirlər. Müşahidə kameralarında da bu məqam ız əksini tapıb.
Səs dalğaları ilə ünsiyyət qururlar. Delfin baş nahiyəsində yerləşən kiçik bir hissənin köməyi ilə  qarşısındakına  saniyədə 200.000 titrəyişli səs dalğaları göndərə bilir. Delfinlər həmin səs dağlaları ilə həm qarşısındakı maneələri hiss edir, həm də  eyni zamanda, əks-sədanın xüsusiyyətlərindən cismin istiqamətini, məsafəni, sürətini, böyüklüyünü və şəklini də detallarıyla hesablıyırlar.
Hər delfinin beyində “istehsal olunan” səs dalğaları sürətlə ətrafa yayılır. Bu səs dalğaları bir-biriləri ilə ünsiyyətə keçmək, istiqaməti təyin etmək, balıq sürülərini tapmaq məqsədilə yayılır.
Amma insanlar bu səs dalğalarını eşitmək imkanından məhrumdurlar. Çünki həmin səslər insan qulağının qəbul edə biləcəyi tezlikdən çox aşağıdır.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

“iPhone 7” üçün 3 min dollarlıq növbə – FOTO

Loading...
%d bloqqer bunu bəyənir: