Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Davudoğlu sözünün üstündə durdu – Əmri mən vermişdim

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 24 noyabrda Rusiya hərbi təyyarəsinin vurulmasına əmr verdiyini bəyan edib.

“Qaynarinfo.Az” xarici mətbuata istinadən xəbər verir ki, Davudoğlu deyib ki, ölkəsinin qanunlarına görə, bu kimi situasiyalarda hərbçilər məhz Baş nazirin əmri ilə hərəkət edirlər.

Eks baş nazir vurun əmrinin onun tərəfindən verildiyini bildirib.

Davudoğlu deyib ki, onun bu əmrinin yenidən müzakirəyə çıxarılması yaxşı hal deyil:”Burada pis bir niyyət var. Suriyada təyyarəmiz vurulduğu zaman silahlı qüvvələrə bundan sonra Suriyadan ölkəmizə yaxınlaşan hər təyyarənin təhdid olaraq görülməsi və vurulmalı olduğu qərarı alınmışdı. Bu tətbiq olundu, bir vertolyot vuruldu. 2015-ci ilin sentyabrında Rusiya arxa- arxaya ərazi bütövlüyümüzü pozduqca, müşavirə keçirdik və bu qərarı verdik. Bu mənada “təlimatı mən verdim” deyirəm”.

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus Су-24 hərbi təyyarəsi Türkiyə hərbi hava qüvvələri tərəfindən vurulub. Türkiyədə hərbi çevriliş cəhdindən sonra iki rus təyyarəsini vurmuş iki pilot həbs edilib. Həbs edilən pilotların Türkiyə-rusiya münasibətlərini pozmaqda ittiham olunur.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycanda nə qədər sosial müavinət alan var? – RƏSMİ AÇIQLAMA

%d bloqqer bunu bəyənir: