Loading...
Loading...
103206

Davud Güloğlu azadlıqdan məhrum oluna bilər

Davud Güloğlu İstanbul Cumhuriyyet Baş Prokurorluğu, Yenikapıdakı Demokratiya və Şəhidlər Mitinqinə qatılmayacağını deyən Sılanı təhqir edib.

Müğənni “O şouda iştirak edə bilmərəm” deyən qadın həmkarının ünvanına təhqirlər yağdırıb. Davud Güloğlu “S… getsin. O kimə xidmət edirsə, oraya getsin. Vətənimə xidmət etməyən s… olsun getsin” deyib.
Mitinqlə bağlı çıxışından sonra bir çox konserti ləğv edilən Sıla ötən ay İstanbul Cümhuriyyət Baş Prokurorluğuna müraciət edib və Davud Güloğlu haqqında şikayət ərizəsi yazıb.
Sıla verdiyi ifadəsində “Dövlət çevrilişinə cəhddən sonra bəzi məşhurlar özünə yer etmək və səhvlərini yumaq üçün mitinqlərə qeyri-səmimi şəkildə çıxıb şou ilə məşğul olur. Belə ki, bu insanlar həyatlarının heç bir dövründə demokratiya kəlməsini anmamış insanlardır. Bundan başqa, əgər dövlət çevriliş cəhdi uğurlu olsaydı, bu kəslər darbecilərin mitinqlərinə çıxıb onların tərəfində olacağını düşündüyüm üçün bu açıqlamanı etdim”, – deyib.
Davud Güloğlu isə verdiyi ifadəsində “Dediklərim doğrudur, lakin mən Sılanı təhqir etməmişəm. Bunu mətbuat və media bu formada verib. Bu sözləri Sıla öz üzərinə götürübsə, nə edə bilərəm? Açıq-aydın şəkildə “Vətəninə xidmət etməyən s… getsin” dedim. Bu sözümün də arxasındayam” deyərək özünü müdafiə edib.
Sılanın şikayətindən sonra Davud Güloğlunun müsahibəsinin videosu ekspertə göndərilib. Ekspert Davud Güloğlunun dediyi sözləri tam olaraq çıxardaraq hesabatı İstanbul Cümhuriyyət Baş Prokurorluğuna çatdırıb.
İstintaqı aparan Respublika Prokuroru Ümid Təpə hazırladığı iddianamədə Davud Güloğlunun sözlərinin Sılanın açıqlamasından sonra söylədiyini, bu sözlərin tənqid haqqı və ifadə azadlığı çərçivəsində dəyərləndirilmədiyini, Avropa İnsan Hüquqları Məhkəməsi və Yargıtay indekslərinə görə, cinayət olduğunu bildirib.
Prokuror Davud Güloğlunun 2,5 ilə qədər həbslə cəzalandırılması İstanbul Asliye Cəza Məhkəməsində iddia qaldırıb.(Publika.az )

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

1 nəfərin ölümünə görə ölkədə matəm elan olundu

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: