Loading...
Loading...

Daşkəsəndə sərnişin avtobusu dərəyə aşdı – ÖLƏN VƏ YARALANANLAR VAR

Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “PAZ” markalı sərnişin avtobusunun dərəyə aşması nəticəsində sürücü ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri-1994-cü il təvəllüdlü Tural Cəlalov və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Marneulidə məscidin qapıları oğurlandı

%d bloqqer bunu bəyənir: